İspaniyada sol koalisiyalı hökumət heyvanlarla pis davranan şəxslərə 24 ayadək həbs cəzasının verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlənməsi üçün Məclisə göndərib.
Hafta.az-ın yazdığına görə, Nazirlər Şurasının iclasında qəbul olunmuş qanun layihəsi heyvanların öldürülməsi, döyülməsi və müxtəlif formalarda əziyyət verilməsi, mağazalarda satılması və sair yasaklanmasını təmin edir, ev heyvanları saxlayan şəxslərin məsuliyyətini qanuni şəkildə təsbit edir.
İspaniya tarixində ilk dəfədir heyvanların qorunmasına yqanuni qapı açmağı nəzərdə tutan sözügedən layihə, heyvanlarla pis davranmağa görə 24 aya qədər həbs cəzası ilə yanaşı, şəxsi 600 - 1000 avro arasında cərimə etmile 600 bin avro arasında cərimələməyi də nəzərdə tutur.
Bundan başqa, yeni qanun layihəsi heyvanların mədəni, sənət arenasında və ya turistik məqsədlə əzaba məruz qoyulmasını da yasaqlayır.